Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:02

LGBT yürüşünə icazə verilməyib


Kiyevdə LGBT yürüşü, noyabr, 2019-cu il

Ukraynanın qərbindəki Rivne Şəhər Şurası dekabrın 24-də bərabərlik yürüşünün keçirilməsini qadağan edib.

Yerli LGBT icması yanvarın 1-də region paytaxtında tədbir keçirməyi planlaşdırırdı. Bu şəhər Kiyevdən 327 kilometr qərbdə yerləşir.

Şuranın büdcə komitəsinin başçısı Oleh Karpyak qərarı Ailə Məcəlləsi ilə əsaslandırıb. Qərarda “normadan kənar” seksual davranışın təbliğinə icazə verilmədiyi vurğulanır.

Yerli deputatlardan 36-slı qadağanı dəstəkləyib, ikisi bitərəf qalıb, biri qərarın əleyhinə səs verib.

“Pew” araşdırma mərkəzinin oktyabrda Avropada keçirdiyi rəy sorğusu üzə çıxarıb ki, ukraynalıların cəmi 14 faizi cəmiyyətin homoseksuallığı qəbul etməli olduğunu düşünür.

XS
SM
MD
LG