Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:20

Paul Whelan barəsində həbs qətimkan tədbiri uzadılıb


Paul Whelan məhkəmədə, arxiv fotosu

Moskva məhkəməsi keçmiş ABŞ dəniz piyadası Paul Whelan barəsində casusluq ittihamları üzrə həbs qətimkan tədbirini martın 29-dək uzadıb. Xəbəri dekabrın 24-də “Interfax” xəbər agentliyi yayıb.

ABŞ, Britaniya, Kanada və İrlandiya vətəndaşlığı olan Whelan 2018-ci il dekabrın 28-də Moskvada otel otağında Rusiya kəşfiyyatçıları tərəfindən saxlanıb.

Dekabrın 23-də ABŞ-ın aparıcı diplomatı Rusiya hakimiyyətini Whelan-ı azad etməyə çağırmışdı.

ABŞ Missiyası rəhbərinin müavini Bart Gorman digər 3 ölkə təmsilçiləri ilə birlikdə Moskva həbsxanasında Whelan-a baş çəkib. O, işlə bağlı “heç bir dəlil və cinayət olmadığını” deyib.

“Dəlil və cinayətin olmadığı iş üzrə onu azad etməyin vaxtı çatıb”, – Gorman deyib. Xəbəri “Reuters” agentliyi yayıb.

Gorman həm də xahiş edib ki, həkimlərin Whelan-ı müayinə etməsinə icazə verilsin.

49 yaşlı amerikalı məxfi informasiya almaqda ittiham olunub. Ona irəli sürülmüş casusluq ittihamı üzrə 20 ilədək həbs cəzası kəsilər bilər.

Ailəsi isə Whelan-ın Moskvaya toya getdiyini bildirir.

Rusiyadakı ABŞ səfirliyi Rusiyanı “oyun oynamağı dayandırmağa”, Whelan-ın iddia olunan casusluq fəaliyyətinə dəlil göstərməyə çağırıb.

ABŞ Dövlət katibi Mike Pompeo dekabrın 10-da Rusiyanın Xarici işlər naziri Sergei Lavrovla görüşündə Whelan-ı azad etməyə çağırmışdı.

XS
SM
MD
LG