Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 12:31

Taliban hücumunda 7 əfqan əsgər öldürülüb


Arxiv fotosu

Əfqanıstanın şimalındakı Bəlx vilayətində yaraqlılar ordunun nəzarət məntəqəsinə hücum edib, azı yeddi əfqan əsgər öldürülüb. Məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Dekabrın 24-də törədilmiş hücumda təhlükəsizlik qüvvələrinin daha altı əməkdaşının yaralandığı bildirilir.

Bəyanata görə, məntəqədə həm əfqan ordusunun, həm də Milli Təhlükəsizlik Direktorluğunun əməkdaşları olub.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma bu regionda fəaldır.

Taliban Əfqanıstan, ABŞ qüvvələrinə, eləcə də hökumət məmurlarına qarşı az qala hər gün hücumlar təşkil edir. Bu arada qruplaşma Birləşmiş Ştatlar ilə sülh danışıqları da aparır.

XS
SM
MD
LG