Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:10

Rusiyada kibertəhlükəsizlik təlimləri keçirilib


Rusiyada internetə dəstək aksiyası, arxiv fotosu

Dekabrın 23-də Rusiyada “İnternetdə kibertəhlükəsizlik” təlimləri keçirilib. Vətəndaş fəallarının fikrincə, hakimiyyətin təşəbbüsü ilə gerçəkləşən bu təlim senzuranı gücləndirməyin vasitələrindən biridir.

Rusiya Prezidenti Vladimir Putin suveren internetlə bağlı qanunu bu il imzalayıb. Qanun provayderlərdən xüsusi avadanlıq quraşdırmağı tələb edir. Məqsəd veb trafiki hakimiyyətin nəzarətində olan nöqtələrə yönləndirməkdir.

Qanunda Rusiyanın daxili domen adları sisteminin yaradılması nəzərdə tutulub. Tərəfdarları bunun Runeti daha müstəqil edəcəyini deyirlər. Onların mövqeyincə, bu qanun Rusiyanı potensial kiberhücumlardan qoruyacaq.

Tənqidçilərsə İnternetin böyük hissələrinin senzuraya məruz qalacağını vurğulayırlar.

Təlimlərdə məqsəd Rusiyada internetin istənilən şəraitdə etibarlı işini təmin etməkdir. Bunu rabitə nazirinin müavini Aleksey Sokolov deyib.

“Rossiya-24” telekanalının məlumatına görə, hakimiyyət artıq iki həftədir yeni texniki imkanları sınaqdan keçirir.

XS
SM
MD
LG