Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:01

Aztəminatlı ailələrə 100 manat veriləcək


İ.Əliyev

Ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat birdəfəlik yardım ödəniləcək.

Bununla bağlı prezident İlham Əliyev bu gün, dekabrın 23-də sərəncam imzalayıb.

Sənəddə yazılıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i) və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə bu ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7.6 milyon manat ayrılacaq.

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirildiyinə görə, bu ilin əvvəlindən ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 20 min çoxalıb: «2018-ci ilin sonunda ölkə üzrə bu yardımı alan ailələrin sayı 50 min (200 mindən çox ailə üzvü) civarında idisə, cari ilin oktyabrın 1-də 70 minə yaxın aztəminatlı ailənin 300 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də ötən ilin sonlarında 200 manata yaxın idisə, hazırda bu rəqəm 240 manata yaxındır».

Multimedia

XS
SM
MD
LG