Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 20:25

Ermənistan Rusiyadan Tor-M2KM kompleksləri alıb


Nikol Pashinian

Ermənistan Respublikasının Silahlı Qüvvələrinə Rusiya istehsalı olan Tor-M2KM zenit-raket kompleksləri daxil olub.

Bu haqda ölkənin Baş naziri Nikol Pashinian Facebook səhifəsində yazıb.

“Sistemlər 2019-cu il istehsalıdır. Bu, bizim bu il əldə etdiyimiz ən vacib uğurlardan biridir. Say barədə bir söz deyə bilmərəm. Bu, hərbi sirdir”, – Pashinian yazıb.

Tor-M2 zenit-raket kompleksləri hava və raket əleyhinə müdafiə tapşırıqları üçün nəzərdə tutulub. Onun əsas işi administrativ, iqtisadi və hərbi subyektləri radiolokasiya əleyhinə və qanadlı raketlərin, dronların, təyyarə və vertolyotların zərbələrindən qorumaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG