Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:33

Trump-ın impiçmentində yeni şahidlər istəyirlər – Qərb mediası


Donald Trump (solda)
Donald Trump (solda)

Birləşmiş Ştatların Ukraynaya yardımı dayandırmasına dair yeni elektron məktub (email) açıqlanıb. Bu, Prezident Donald Trump-la bağlı impiçment araşdırmasında yeni şahidin çağrılmasının zəruriliyini göstərir. Bunu Senatın aparıcı demokrat üzvü deyir.

Demokratların nəzarətində olan Nümayəndələr Palatası dekabrın 18-də Trump-a qarşı iki impiçment maddəsi elan edib. Növbəti mərhələdə senatda prezidentə məhkəmə qurulmalıdır.

Michael Duffey nə yazırdı

Trump siyasi rəqibi barədə araşdırma aparmaq üçün Kiyevə təzyiq göstərmək məqsədilə ABŞ-a hərbi yardımın ayrılmasını dayandırmaqda ittiham olunur.

Demokratlar şahidlərin Senatdakı impiçment məhkəməsində iştirakını tələb edirlər, respublikaçılar buna qarşı çıxırlar.

Senatın aparıcı demokrat üzvü Chuck Schumer dekabrın 22-də deyib ki, hərbi yardımla bağlı təzə email şahidin gərəkdiyini göstərir.

Emaili araşdırmaçı İctimai Bütövlük Mərkəzi İnformasiya Azadlığı Aktına uyğun olaraq məhkəmə qərarı vasitəsilə əldə edib. Email üzə çıxarıb ki, Ağ evin aparıcı büdcə məmuru Michael Duffey Pentaqona yardımı dayandırmaq göstərişi verib və bu, Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə 25 iyul telefon zəngindən 91 dəqiqə sonra baş verib.

İmpiçment araşdırması bu yardım və Trump-Zelenskiy danışığına fokuslanmışdı. Duffey Schumer-in şahid kimi dindirilməsini istədiyi dörd nəfərdən biridir.

ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondland ötən ay Konqresdə ifadə verərkən deyib ki, Ağ evin Ukraynaya təhlükəsizlik yardımını saxlamasından onun iyulun 18-də xəbəri olub. “Bu saxlamanın konkret səbəbi haqda heç vaxt aydın cavab ala bilmədim”, – o, sözlərinə əlavə edib.

Demokratların ümidi

Senat Trump-ın üzvü olduğu Respublikaçı Partiyasının nəzarətində olduğundan prezidentin təqsirli bilinərək vəzifədən kənarlaşdırılacağı real görünmür.

Respublikaçı senator Ron Johnson bazar günü ABC-nin “Bu həftə” proqramına deyib ki, “yeni emaillər” Trump-ın Ukraynaya yardımı dayandırmaq niyyətinə “yeni işıq salmır”.

“Prezident narahat idi ki, Amerikanın çətinliklə qazanılan vergiödəyici pulları korrupsiyanın isbatlanmış halları olan ölkəyə xərclənməlidirmi”, – o deyib.

Demokrat senator Amy Klobuchar isə Schumer-in dediklərinə oxşar fikir səsləndirib.

“Prezident belə günahsızdırsa və impiç olunmalı deyilsə, onda niyə bu adamların irəli çıxmasından qorxur?”, – prezidentliyə namizəd olmaq istəyən senator CNN-ə deyib.

Respublikaçılar senatda 53-47 üstünlüyə malikdirlər. “Reuters” yazır ki, demokratlar mötədil respublikaçıların onları dəstəkləyəcəyinə ümid bəsləyirlər.

“Ümidimiz onadır ki, dörd respublikaçı ayağa qalxaraq… bunun bizim indiki siyasi çəkişməmizdən daha böyük məsələ olduğunu deyəcək. Bu, böyük fərq yaradar”, – Senatda ikinci aparıcı demokrat senator sayılan Dick Durbin CNN-ə deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG