Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 00:06

Cəbhəçiyə 10 sutka həbs verildiyi deyilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt təşkilatının fəalı Kənan Əzizlinin dekabrın 22-də Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Məlumata görə, məhkəmə K.Əzizlini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib.

«K.Əzizli dekabrın 21-də qaldığı evdən Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib, gecəni orada saxlanıb. Dekabrın 22-də hakim önünə çıxarılıb», - AXCP-dən vurğulayıblar.

Partiyadan habelə deyiblər ki, K.Əzizlinin saxlanılması siyasi fəallara təzyiqlərin davamıdır.

Bu məlumata, hələlik, Sumqayıt Şəhər Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG