Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:47

Ghani ikinci müddətə prezidentliyi qazanır


Ashraf Ghani

Əfqanıstan Prezidenti Ashraf Ghani ikinci müddətə bu vəzifədə qalır. Seçki rəsmiləri ilkin nəticələrə əsasən onun 50,6 faiz səs yığdığını bildirirlər.

Sentyabrın 28-də keçirilmiş seçkinin nəticələrinin açıqlanması indiyədək yubanıb, sui-istifadə iddiaları, səssayma zamanı texniki problemlərin olduğu vurğulanıb.

BMT və Birləşmiş Ştatlar ilkin nəticələrin elan olunmasını alqışlayıblar.

Ghani-nin əsas rəqibi Abdullah Abdullah-ın səslərin 39,5 faizini yığdığı bildirilsə də, seçki komissiyasının sədri nəticələrin mübahisələndirilə biləcəyini sözlərinə əlavə edib.

Ghani-nin sözçüsü ilkin nəticələri alqışlasa da, Abdullah-ın sözçüsü onları rədd edib.

Bir neçə saat sonra sarayından televiziya müraciətində Ghani deyib ki, vətəndaşların hamısı üçün bərabər hüquqları təmin edəcək, daha güclü ölkə quracaq, 40 illik münaqişədən sonra ölkəni “qaranlıqdan işığa”, “parçalanmadan birliyə doğru” aparacaq.

Namizədlərdən heç biri 50 faizdən artıq səs yığmasaydı, ikinci tur təşkil olunacaqdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG