Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:53

İlham Əliyev Rusiyaya gedib


İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Səfər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşib. Azərbaycan prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməlidir.

AZƏRTAC-ın xəbərinə görə, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında İ.Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və başqa rəsmi şəxslər qarşılayıblar.

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü dekabrın 20-də gerçəkləşməlidir.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ilə, SSRİ-nin dağılmasından sonra yaradılıb.

Baltikyanı respublikaları çıxmaqla, keçmiş SSRİ-yə daxil olan bütün respublikalar ona daxil olub. Azərbaycan bu birliyə 1991-ci ildə qoşulsa da, Milli Məclis bunu yalnız iki il sonra ratifikasiya edib.

Rusiyanın Gürcüstana 2008-ci ildə hərbi müdaxiləsindən sonra bu ölkə MDB-dən çıxdığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG