Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:15

Qamsaxurdiyanın oğlunun vəziyyəti ‘ağırdır’


Tsotne Qamsaxurdiya
Tsotne Qamsaxurdiya

Gürcüstanın birinci prezidenti Zviyad Qamsaxurdiyanın (Zviyad Gamsakhurdia) oğlu paytaxtda zorakı hücuma məruz qalıb, hazırda durumu ağırdır.

Tbilisinin Xeçinaşvili xəstəxanasının həkimi dekabrın 20-də jurnalistlərə deyib ki, 43 yaşlı Tsotne Qamsaxurdiya ötən gecə çoxsaylı kəllə-beyin sınığı və bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

“Başında və sinəsində iki əməliyyatın yaxşı keçməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır”, – həkim Nikoloz Kvaçadze deyib və əlavə cərrahiyə əməliyyatlarının gərəkə biləcəyini sözlərinə əlavə edib.

Daxili İşlər Nazirliyi “adam öldürməyə cəhd” üzrə cinayət işi açıldığını bildirib.

Tsotne Qamsaxurdiya 2009-cu ildə adam öldürməyə cəhd və qanunsuz silah saxlamaq ittihamıyla 9 il həbs cəzasına məhkum edilib.

Həbsxana qaydalarına pozduğuna görə həbs müddəti daha bir il uzadılıb.

Amma o, 2012-ci ildə, ovaxtkı prezidenti Mixeil Saakaşvili (Mikheil Saakashvili) tərəfindən əfv olunub.

2007-ci ildə ona Rusiya üçün casusluq ittihamı verilsə də, sonradan ittiham ləğv olunub.

Atası Zviyad Qamsaxurdiya sovet dövrünün tanınmış dissident idi, 1991-1992-ci ildə ölkəyə rəhbərlik edib.

O, 1993-cü il dekabrın 31-də Gürcüstanın qərbindəki Sameqrelo regionunda naməlum şəraitdə öldürülüb.

XS
SM
MD
LG