Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:31

Rohani ABŞ-ın ‘hegemonluğu’na qarşı savaşa çağırır


Recep Tayyip Erdogan (solda) və Hassan Rohani Kuala Lumpurda
Recep Tayyip Erdogan (solda) və Hassan Rohani Kuala Lumpurda

İran Prezidenti Hassan Rohani müsəlman ölkələrini ABŞ-ın “hegemonluğu”na qarşı əməkdaşlığı dərinləşdirməyə çağırıb. O, Malayziyada islam konfransında çıxış edib.

Dekabrın 19-da Kuala Lumpurda çıxış edən Rohani İranın mövqeyini bir daha təkrarlayıb ki, Birləşmiş Ştatlar iqtisadi sanksiyalardan digər ölkələrə “qarşı hegemonluq və onları qorxutmaqdan ötrü əsas alətlər” kimi istifadə edir.

Üçgünlük toplantıya yüzlərlə nümayəndə qatılıb. Onların sırasında Türkiyə, Malayziya liderləri də var. İranın regional düşməni Səudiyyə Ərəbistanı, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzvləri görüşdən imtina edib.

Birləşmiş Ştatlar ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.


Erdogan məzhəbçilikdən danışıb

Müsəlman dünyası “ABŞ dollarının və Amerika maliyyə rejiminin dominantlığından” xilas edilməlidir, Rohani konfransda deyib. O, islam ölkələri arasında maliyyə və ticarət əməkdaşlığını dərinləşdirməyə çağırıb.

Malayziyanın Baş naziri Mahathir Mohamad konfransda açılış nitqində söyləyib ki, müsəlman ölkələri “böhranlı, köməksiz durumdadırlar və bu da bəşəriyyətin yaxşılığı üçün nəzərdə tutulmuş böyük dinin adına layiq deyil”.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın sözlərinə görə, 57 üzvü olan İƏT hazırda “icrasızlıq” mühitindədir.

“Biz hələ Fələstin məsələsində proqresə nail olmamışıq, resurslarımızın istismarını dayandıra bilmirik, müsəlman dünyasının məzhəbçiliyə parçalanmasını durdura bilmirik”, – o vurğulayıb.

Səudiyyə Ərəbistanı toplantıya ona görə qatılmayıb ki, o, Ciddədə mənzillənən İƏT çərçivəsində keçirilməyib, bu cür toplantıların islamı zəiflədəciyini bildirib.

Pakistanın Baş naziri Imran Khan da iclasa getməyib, bu addımı Səudiyyənin təzyiqi altında atdığı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG