Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 14:54

Metro tikintisində 6 fəhlə həlak olub


Daşkənd metrosunun yeni xətti çəkilir

Özbəkistanın paytaxtı Daşkənddə leysan yağışların səbəb olduğu torpaq sürüşməsi tikintidə çalışan 6 fəhlənin həyatına son qoyub.

Fövqəladə Hallar Nazirliyi hadisənin dekabrın 18-də metronun Yunusobod xəttinin bir hissəsinin tikintisi zamanı baş verdiyini bildirir.

Nazirlik xilasetmə işlərinin dekabrın 19-da səhər tamamlandığını, 6 cəsədin tapıldığını qeyd edir.

Faciənin önlənə bilməsi ehtimalının araşdırılması üçün hökumət komissiyasının yaradıldığı vurğulanır.

XS
SM
MD
LG