Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:05

Beş jurnalistə 25 il həbs cəzası kəsilib


Marzieh Amiri
Marzieh Amiri

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Tehran məhkəməsinin “Gam” onlayn dərgisinin dörd jurnalistinə qarşı həbs cəzalarını qüvvədə saxlamasından “sarsıldığını” bildirib.

Tehran apellyasiya məhkəməsi jurnalistlər Amirhossein Mohammadifard, Sanaz Allahyari, Amir AmirgholiAssal Mohammadi-nin həbs cəzalarını 18 ildən beş ilə salıb. Bu isə üst-üstə 20 illik həbs edir, Parisdə mənzillənən RSF dekabrın 18-də bildirib.

İlkin qərar sentyabrda Tehran inqilab məhkəməsində çıxarılmışdı.

Jurnalistlər bir il öncə həbs olunublar. “Amnesty International” onlara qarşı milli təhlükəsizlik ittihamlarını “saxta” adlandırıb. Jurnalistlərə ittihamlar Xuzistan vilayətində fəhlələrin etirazlarını işıqlandırmaqla bağlı verilib. Fəhlələr maaşlarının verilməməsinə, iş şəraitinə etiraz edirdilər.

10 il həbs və şallaq cəzası 5 illə əvəzlənib

Təşkilat iyulda bildirmişdi ki, jurnalistlərin təqibi “2018-ci ilin sonunda Haft Tappeh şəkər zavodunda etirazları işıqlandırmış əmək hüquqları fəalları və jurnalistlərə qarşı divantutma”nın tərkib hissəsidir.

RSF-in məlumaına görə, Tehran apelyasiya məhkəməsi islahatçı “Şərq” qəzetinin jurnalisti Marzieh Amiri-yə qarşı həbs cəzasını da qüvvədə saxlayıb, ancaq 10 il həbs və 148 şallaq cəzasını beş il həbslə əvəzləyib.

Amiri mayda, parlament qarşısında nümayişi işqlandırandan sonra həbs olunub.

O və digər dörd jurnalist oktyabrda buraxılmışdı, apelyasiya məhkəməsinin qərarını gözləyirdilər, RSF bildirir.

Bu arada İran hakimiyyəti ötən ay etirazçılara qanlı divantutmaya görə beynəlxalq ictimaiyyət tərəfindən qınanır. Nümayişlər hökumətin yanacağı bahalandırmasına qarşı keçirilirdi.

“Amnesty International” bu həftə bildirib ki, bir neçə günlük etirazlar zamanı azı 304 nəfər öldürülüb, hakimiyyət etirazlardan sonra belə minlərlə etirazçını, jurnalisti, insan haqları müdafiəçisini, tələbəni saxlamaqdadır, onların “İranın qəddar repressiyası barədə danışmasını dayandırmağa” çalışır.

İran rəsmiləri Amnesty-nin açıqladığı ölü sayını “yalan” adlandırıb.

XS
SM
MD
LG