Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:11

Vətəndaşlıq qanunu ali məhkəməyə çıxarılır


Nyu Dehlidə etirazlar, 16 dekabr, 2019-cu il

Hindistan Ali Məhkəməsi dekabrın 18-də bildirib ki, gələn ay yeni vətəndaşlıq qanununun konstitusiyaya uyğunluğu məsələsinə baxacaq. Bu qanunvericilik ölkədə kütləvi etirazlara səbəb olub.

Vətəndaşlıq Qanununa Düzəliş Aktı Banqladeş, Pakistan və Əfqanıstandan olan, Hindistanda qanunsuz yaşayan qeyri-müsəlmanlar üçün vətəndaşlıq prosesini sürətləndirir.

Bəzi tənqidçilərin fikrincə, bu qanun Baş nazir Narendra Modi-nin hindu-millətçi siyasətinin bir hissəsidir, məqsəd ölkənin 200 milyonluq müsəlman əhalisini təcrid etməkdir. Bəziləri isə ölkəyə irimiqyaslı miqrasiyadan narahatdır.

Modinin Bharatiya Janata Partiyası (BJP) bildirib ki, bu qanunla dini “təqib”dən qaçanlara sığınacaq veriləcək.

Baş nazir dekabrın 17-də tərəfdarları qarşısında çıxış edərək deyib ki, qanunun Hindistan vətəndaşlarına “təsiri olmayacaq”.

O, müxalifəti “yalan və şayiə yaymaqda”, “zorakılığı qızışdırmaqda” ittiham edib.

Dekabrın 18-dən hakimiyyət paytaxt Nyu Dehlinin əsasən müsəlmanlar yaşayan hissəsində toplaşmanı məhdudlaşdırıb, şimal-şərqdəki Assam ştatında fövqəladə vəziyyət elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG