Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:52

Uyğur fəalın Saxarov mükafatını qızı alacaq


Ilham Tohti

Çində uyğur azlığın hüquqlarını müdafiə etmiş Ilham Tohti-nin Saxarof mükafatı bu gün – dekabrın 18-də onun qızına təqdim olunacaq. Hazırda Tohti Çində separatçılıq ittihamıyla ömürlük həbs cəzası çəkir.

Jewher Ilham Fikir Azadlığına görə Saxarov Mükafatını Fransanın Strasburq şəhərində Avropa Parlamentində keçirilən mərasimdə qəbul edəcək. Ona mükafatı parlamentin prezidenti David Sassoli təqdim edəcək. Sassoli oktyabrda mükafatın qalibini elan edəndə Çin hakimiyyətini Tohtini “dərhal” azad etməyə çağırmışdı.

Çin Sintzyan vilayətində etnik azlıqlara qarşı hərəkətlərinə görə beynəlxalq ictimaiyyət tərəfindən qınanır. Bu vilayətdə 1 milyon etnik uyğur və digər müsəlman azlığın xüsusi düşərgələrdə saxlandığı bildirir. Pekin həmin düşərgələri yenidən təhsil və təlim mərkəzləri adlandırır və məqsədinin regionda ekstremizmin kökünü kəsmək olduğunu deyir.

50 min avro dəyərində Saxarov Mükafatı sovet fiziki və dissidenti Andrey Saxarovun şərəfinə 1988-ci ildə təsis olunub. Avropa Parlamenti bu mükafatı insan haqları və fundamental azadlıqları müdafiə edən fərd və təşkilatlara verir.

Ötən ilin qalibi, ukraynalı kinorejissor Oleg Sentsov mükafatını ötən ay alıb. O, bu ilin əvvəlində Rusiyada həbsdən azad olunub.

XS
SM
MD
LG