Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:28

Zelenski Əliyevi Ukraynaya dəvət etdi


Azərbaycan və Ukrayna prezidentlərinin mətbuat konfransı

Dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ukraynanın Prezidenti Vladimir Zelenski arasında təkbətək görüş olub.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İ.Əliyev görüş zamanı deyib ki, bu səfərin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəyinə əmindir: «İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək».

Ukrayna Prezidenti V.Zelenski isə öz növbəsində Azərbaycan dövlət başçısını Ukraynaya rəsmi səfərə dəvət edib: «Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik».

Dekabrın 17-də həmçinin, prezidentlərin geniş tərkibli görüşü olub. Geniş tərkibdə görüş başa çatdıqdan sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Gəncə şəhəri ilə Odessa şəhəri arasında Niyyət Protokolu, Quba şəhəri ilə də Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Habelə tərəflər arasında biznesin aparılması şəraitinin tənzimlənməsi və dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında sazişlərə imza atılıb.

Daha sonra isə Ukrayna prezidenti ilə Azərbaycanın Baş naziri Əli Əsədov birgə işçi nahar ediblər.

Xatırlatma

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycana gəlib.

Bu səfər çərçivəsində V.Zelenski və İ.Əliyev Ukrayna-Azərbaycan biznes forumunun işində də iştirak etməlidirlər.

Həmçinin, cənab Zelenski Azərbaycanın Ukrayna icması ilə görüşməlidir.

XS
SM
MD
LG