Rusiyanın “Uzundraz” filmi Oskar Akademiya Mükafatlarında ən yaxşı beynəlxalq film nominasiyasına salınıb. Bu film 2-ci Dünya müharibəsində çiyin-çiyinə savaşmış iki qadının sonradan dinc həyata adaptasiyası haqdadır.
Akademiya ən yaxşı beynəlxalq 10 filmin siyahısını dekabrın 16-da açıqlayıb.
Rusiyalı 28 yaşlı rejissor Kantemir Balagov bu filmə grörə 2019-cu il Kann Film Festivalının “Un Certain Regard” mükafatını əldə edib. Bu mükafat gənc istedadlar üçün nəzərdə tutulub.
Film 1945-ci ildə ovaxtkı Leninqrad şəhərinə qayıdan iki qadından söz açır. Onlar sakinləri müharibədən ağır fiziki və zehni ziyan görmüş şəhərin bərpası uğrunda çalışırlar.
Qısa siyahıya salınmış digər 9 film isə – Çexiyanın “Rənglənmiş Quş”, Estoniyanın “Həqiqət və ədalət”, Fransanın “Səfillər”, Macarıstanın “Qalanlar”, Şimali Makedoniyanın “Bal ölkəsi”, Polşanın “Korpus-Kristi”, Seneqalın “Atlantika”, Cənubi Koreyanın “Parazit”, İspaniyanın “Ağrı və şöhrət” filmləridir.
Rusiyanın “O, kosmossuz yaşaya bilmir” qısametrajlı animasiya filmi də uyğun qısa siyahıya salınıb.
92-ci Akademiya Mükafatları mərasimi 2020-ci il fevralın 9-da Los Ancelesdə keçiriləcək.