Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:51

Qusarda bir ailənin 8 üzvü xəstəxanaya düşüb


Təcili Yardım

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

Verilən məlumata görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.

Aralarında uşaqların da olduğu 8 nəfərin Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi açıqlanıb.

İlkin ehtimala görə, onların qidadan zəhərləndiyi güman edilir.

Bu gün dekabrın 16-da məlumatı Səhiyyə Nazirliyindən də «Turan» agentliyinə təsdiqləyiblər.

Nazirlikdən bildiriblər ki, Qusar rayonunun Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü rayon xəstəxanasına gətirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxıldığı vurğulanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG