Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Özil uyğurları dəstəklədi, Arsenalın oyununu vermədilər


Məsud Özil Londonda oyun zamanı, 15 dekabr, 2019-cu il
Məsud Özil Londonda oyun zamanı, 15 dekabr, 2019-cu il

Çinin CCTV dövlət televiziyası dekabrın 15-də Londonun Arsenal və Mançester Siti futbol klubları arasında oyununu yayımlamayıb. Bundan qabaq London klubunun yarımmüdafiəçisi Məsud Özil Pekinin ölkədəki uyğur müsəlmanlara divantutmasını tənqid etmişdi.

İngiltərə Premyer Liqasının Çinlə 3 illik 700 milyon dollarlıq yayım hüquqları sazişinin müddəti 2022-ci ildə bitir. Çin bu liqa üçün cəlbedici bazarlardan sayılır.

Türk əsilli almaniyalı futbolçu Özil dekabrın 13-də yazdığı tvitdə Çinin qərbindəki Sintzyan (Sincan) regionunda əsasən uyğur və digər azlıqlara qarşı qəddar davranışını tənqid edib. O həmçinin digər müsəlman ölkələri bu pozuntulara – müsəlmanların məcburən düşərgələrə yerləşdirilməsinə, işgəncə görməsinə qarşı səsini çıxarmadığına görə qınayıb.

BMT-nin insan haqları təmsilçiləri ötən ilin avqustunda bildiriblər ki, Çində “ekstremizmə qarşı mərkəzlər”də 1 milyonadək müsəlman saxlanır. Çin isə bu düşərgələrdə saxlananlara “təhsil və təlim proqramı” keçildiyini bildirir.

Çinin dövlət mediası dekabrın 16-da Özilə cavab verib.

İstanbulda uyğurlara dəstək nümayişi
İstanbulda uyğurlara dəstək nümayişi

Xəbərdarlıq

“Global Times” qəzeti redaksiya məqaləsində Özilin “təlxək tamaşası” göstərdiyini, ictimai fiqur kimi mövqeyindən sui-istifadə etdiyini yazıb, bunun Arsenal komandası üçün “ciddi fəsadlar”ı olacağını vurğulayıb. Xəbəri “Frans Pres” yayıb.

Hazırda Çində azı 1 milyon uyğurun və digər azlıq nümayəndələrinin məcburi saxlama düşərgələrində siyasi təlimə, işgəncəyə məruz qaldığı, döyüldüyü, yeməkdən məhrum edildiyi, din və dil azadlıqlarının məhdudlaşdırıldığı bildirilir.

ABŞ-ın Houston Rockets basketbol klubu oktyabrda Pekinin nəzarətində olan Honq Konq şəhərində etirazçıları dəstəkləmişdi. Bunun bədəlini Milli Basketbol Assosiasiyası (NBA) ödədi.

Komandanın baş meneceri Daryl Morey oktyabrın 4-də etirazçıları yeddi sözdən ibarət ifadəylə dəstəkləmişdi. “Azadlıq uğrunda savaş, Honq Konqla yanaşı dur”, – tvitdə deyilirdi.

Sonradan tvit silindi.

Çinin Basketbol Assosiasiyası isə bu komandayla bütün əməkdaşlığı dayandırdı.

Çin NBA üçün də cəlbedici bazardır, liqanın mövcud gəlirinin 10 faizə qədərini təşkil edir. NBA son illər bu bazarda özünün reklamına milyonlarla dollar xərcləyib, meydançalar tikib, pulsuz yayım hüquqları verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG