Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 20:12

Honq Konqda etirazlar qızışır


Honq Konqda etirazçılar, arxiv fotosu

Honq Konq polisi dekabrın 16-da hökumətə qarşı çıxan etirazçıların üzərinə gözyaşardıcı qaz buraxıldığını bildirib. Bu gün şəhər liderinin Pekində Çin prezidenti ilə görüşü gözlənir.

Şəhər lideri Carrie Lam Prezident Xi Jinping ilə görüşməlidir. Onun Honq Konqda siyasi böhranla bağlı göstərişlər alacağı güman edilir, hökumətdə mümkün dəyişikliklər də ola bilər.

Lam deyib ki, onun üçün əsas məsələ zorakılığı önləmək, asayişi bərpa etməkdir, eyni zamanda ictimaiyyətlə açıq dialoqu saxlamaqdır.

Ötən gecə yayılmış videolarda ticarət mərkəzlərində polislə etirazçılar arasında təkəmseyrək toqquşmaların baş verdiyi görünür. Etirazçılar polisə kərpic atıb, yanğın törədib, yolları bağlayıb, çəkiclə işıqforları sındırıblar. Bunu “AP” polisə istinadla bildirib.

Etirazlar ilkin olaraq iyunda şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanuna qarşı başlanıb. Sonradan qanunvericilik müzakirədən çıxarılsa da, etirazçıların tələbləri böyüyüb.

XS
SM
MD
LG