Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Yanvar, şənbə, Bakı vaxtı 09:39

Avtobus yanıb, 13 nəfər ölüb


Arxiv fotosu

Dekabrın 13-də Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşaraq alovlanıb, 13 nəfər yanaraq həlak olub.

Rəsmilər hadisənin ölkənin cənub-qərbindəki Baluçistan vilayətində baş verdiyini deyirlər.

Vilayət rəsmisinin sözlərinə görə, dizel yanacağı ilə dolu yük maşını Kan Mehtarzay şəhəri yaxınlığında sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan dərhal sonra yanğın başlanıb. Ölənlərdən çoxunun kimliyini müəyyənləşdirmək hələlik, mümkün olmayıb.

Ölənlər arasında qadınların və uşaqların olduğu bildirilir.

Yük maşınının daşıdığı dizel yanacağının isə qonşu İrandan qaçaq yol ilə gətirildiyi bəlli olub Bu, iki ölkə arasında ciddi qiymət fərqinə görə geniş yayılmış praktikadır.

Polisin məlumatına görə, toqquşmadan sonra avtobusdan bircə sərnişin tullanaraq xilas ola bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG