Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:04

Trump-a qarşı impiçment maddələri səsə qoyulacaq


Jerry Nadler (ortada) (D-NY) komitənin iclasında
Jerry Nadler (ortada) (D-NY) komitənin iclasında

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi prezident Donald Trump-ın hakimiyyət səlahiyyətlərini aşma və ədaləti əngəlləmə maddələri üzrə impiçmentini tövsiyə edib.

İkinci ittihamda Trump-ın onun siyasi opponentinin araşdırılması üçün Ukrayna prezidentinə təzyiq göstərdiyi iddia olunur.

Dekabrın 13-də demokratların çoxluğa malik olduqları komitədə impiçment üçün iki ittiham maddəsinin qəbulu o deməkdir ki, prezidentin impiçmenti məsələsi gələn həftə Nümayəndələr Palatasında səs qoyula bilər.

Bu maddələrin tövsiyə edilməsi üçün bir gün əvvəl 14 saat davam edən debatlar keçirilmişdi. Komitə üzvləri partiya mənsubiyyətinə uyğun olaraq səs veriblər. 23 demokrat impiçment maddələrinin leyhinə, 17 respublikaçı əleyhinə səs verib.

Heç bir qanunsuzluğa yol vermədiyində israr edən Trump yazdığı tvitdə bildirib ki, “hazlırkı demokratlar istənilə prezidenti impiçment edərdi”.

İmpiçment maddələrinin demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasında qəbul olunacağı gözlənilir. Əgər bu baş verərsə, Trump ABŞ tarixində impiçment edilən üçüncü prezident olacaq.

Bundan sonra impiçment üzrə mühakimənin Senatda aparılacağı gözlənilir. Respublikaçıların çoxluğa malik olduqları Senatda Trump-ın məhkum ediləcəyi az ağlabatandır.

Onun vəzifəsindən uzaqlaşdırılması üçün Senat üzvlərinin üçdə ikisi buna səs verməlidir.

***

Prezident Donald Trump-a qarşı iki impiçment maddəsi üzrə səsvermə bu günə keçirilib. Buna ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsində 14 saatdan çox müzakirədən sonra – dekabrın 12-si bitməmiş qərar verilib.

Ədliyyə komitəsinin sədri Jerrold Nadler marafon dinləməni qəfil qərarla bitirib, deyib ki, səsvermə dekabrın 13-də yerli vaxtla səhər 10-da keçiriləcək.

Demokratların başçılıq etdiyi komitə formal ittihamları təsdiqləyərək palatanın ümumi səsverməsinə göndərməlidir. Daha sonra Senatda impiçment məhkəməsi qurula bilər.

Palata respublikaçı Trump-ı vəzifədən sui-istifadədə və Konqresin işinə maneçilik törətməkdə suçlayır.

Respublikaçıların üstünlük təşkil etdiyi Senatda isə prezidentin təqsirli bilinərək vəzifədən kənarlaşdırılacağı real görünmür.

Trump şəxsi siyasi səbəblərdən Ukraynaya hərbi yardımı dayandırmaqa ittiham olunur. O, tarixə, impiç olunaraq Senatda mühakimə edilən üçüncü prezident kimi düşə bilər.

Senatda bundan ötrü üçdə iki səs çoxluğu lazımdır.

Trump hansısa qanunsuzluğa yol vermədiyini deyir, impiçment araşdırmasını “əcinnə ovu” adlandırır.

Demokratlar hesab edirlər ki, Donald Trump Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti zamanı ondan özünün siyasi rəqibi Joe Biden-ə qarşı cinayət işinin açılmasını istəməklə vəzifə səlahiyyətlərini aşıb. Onun məqsəinə çatmaq üçün Ukrayna üçün nəzərdə tutulmuş 391 milyon dollarlıq hərbi yardımı saxladığı iddia olunur.

Trump-a qarşı ikinci ittiham onun administrasiyasının impiçment araşdırması ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG