Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:44

Donbasın xüsusi statusu uzadılıb


Donetskdə nəzarət məntəqəsi

Ukrayna deputatları ölkənin şərqindəki Donetsk və Luqansk regionlarının yerli özünüidarəsi ilə bağlı xüsusi statusunu 2020-ci il dekabrın 31-dək uzadıb.

Dekabrın 12-də parlamentin iclasında 320 deputat qanun layihəsinin lehinə səs verib. Parlamentdə 450 deputat var və qanunun keçməsi üçün 226 sadə səs çoxluğu bəs edirdi.

Sənədi Verxovna Radaya hakim Xalqın Xidmətçisi partiyasının parlamentdəki təmsilçiliyinin rəhbəri Davyd Arakhamia və onun müavini Oleksandr Korniyenko dekabrın 10-da təqdim edib.

Donbas adlanan regionunun yerli özünüidarəsilə bağlı xüsusi qanun ilk dəfə 2014-cü ilin sentyabrında üç illiyə qəbul olunub. Həmin il Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox adam öldürülüb.

Qanunun vaxtı iki dəfə uzadılıb və 2019-cu il dekabrın 31-də bitməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG