Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Yanvar, Cümə, Bakı vaxtı 12:52

Tbilisidə saxlananlar var


Gürcüstan parlamentinin girişi, 12 dekabr, 2019-cu il

Tbilisidə polis 12 etirazçını saxlayıb. Müxalifətin Yeni Gürcüstan partiyasının lideri Giorgi Vashadze də onların sırasındadır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılar xıdra xuliqanlıq və polisin əmrə tabe olmadıqlarına görə saxlanıblar.

Etirazçılar parlament binasının girişini bağlamağa çalışıb, bununla Ali Məhkəməyə 19 namizədin seçilməsinə etirazlarını bildiriblər.

Onların fikrincə, bu namizədlər hakimiyyətin nəzarətində olan “sözəbaxan hakimlərdir”.

Tbilisidə bir neçə həftə etiraz aksiyaları keçirilib, ölkənin seçki sisteminə islahatlar tələb olunub. Müxalifət partiyaları indiki sistemin hakim Gürcü Arzusu partiyasının xeyrinə olduğunu deyir.

Birləşmiş Ştatlar, Avropa Birliyi hökuməti, siyasi partiyaları və vətəndaş cəmiyyətini “sakit və sayqılı dialoq”a çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG