Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

Rusiya Almaniyanın iki diplomatını ölkədən çıxarır


Tbilisidə Almaniya səfirliyi qarşısında etirazçılar Zelimkhan Khangoshvili-nin portretini qaldırır
Tbilisidə Almaniya səfirliyi qarşısında etirazçılar Zelimkhan Khangoshvili-nin portretini qaldırır

Almaniyanın Xarici İşlər Nazirliyi Moskvanın addımını “əsaslandırılmamış” hesab edir və Rusiya hökumətinin qərarına “təəssüflə” yanaşır.

“Bu, yanlış siqnal verir və əsaslandırılmayıb”, – bəyanatda vurğulanır.

Kremlin sözçüsü Dmitry Peskov isə TASS agentliyinə deyib ki, diplomatlar “lazımlı və qarşılıqlı addım” çərçivəsində ölkədən çıxarılırlar və bu ümidini bildirib ki, “bu, Almaniya Federal Respublikası ilə konstruktiv dialoqumuzun gələcək inkişafı və genişləndirilməsində mənfi faktora çevrilməyəcək”.

***

Rusiya Berlinin ötən həftəki addımına cavab olaraq Almaniyanın iki diplomatını ölkədən çıxarır.

Xarici İşlər Nazirliyi dekabrın 12-də bildirib ki, Almaniyanın səfiri Geza Andreas von Geyr çağrılıb və ona deyilib ki, iki diplomat yeddi gün ərzində Rusiyanı tərk etməlidir.

“Qarşılılıq prinsipi və 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq Rusiya tərəf qərara alıb ki, Almaniyanın Rusiyadakı səfirliyinin iki işçisini persona non qrata elan etsin”, – bəyanatda deyilir.

***

Dekabrın 12-də Rusiya Almaniyanın Moskvadakı səfirini çağıraraq Berlindəki səfirliyin iki əməkdaşının ölkədən çxıarılmasına cavabını bildirəcək. Səfir Geza Andreas von Geyr Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılıb. Bu haqda Rusiyanın xəbər agentlikləri adını çəkmədikləri mənbəyə istinadla yazır.

Almaniya ötən həftə Rusiyanın iki diplomatını ölkədən çıxarıb. Federal Prokurorluq dekabrın 4-də bildirmişdi ki, 40 yaşlı çeçen əsilli gürcüstanlının Berlində qətlini ya Rusiya hökumət agentliklərinin, ya da Çeçenistan regional agentliklərinin sifariş etməsinə “yetərincə faktiki dəlil var”.

Zelimkhan Khangoshvili avqustun 23-də Berlindəki Kleiner Tiergarten parkında başından iki dəfə güllələnib. O, Rusiyanın Çeçenistan regionunda separatçılarla çiyin-çiyinə vuruşmuş, illər sonra ailəsi ilə Almaniyaya köçərək oradan sığınacaq istəmişdi.

Bu qətllə əlaqədar Rusiya pasportu daşıyan 49 yaşlı bir kişi saxlanıb. 2013-cü ildə rusiyalı biznesmenin qətlində də adı hallanan həmin şübhəli susmaq hüququndan istifadə edib.

Moskva bu işdə dövlətin əli olmasıyla bağlı iddiaları rədd edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Almaniyanın “əsassız və qeyri-dost hərəkətlərinə” qarşılıqlı cavab verməli olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG