Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Sentsov ‘əsgər gedir’


Oleh Sentsov

Ukraynalı kinorejissor, keçmiş siyasi məhbus Oleh Sentsov hərbi xidmətə yazılıb.

Dekabrın 10-da Facebook-da yerləşdirdiyi postda 43 yaşlı Sentsov hərbi vəsiqəsinin fotosunu yerləşdirərək artıq ehtiyata buraxılmış hərbçi olduğunu yazıb.

“Kiyev sakini olduğumdan hərbi xidmətə yazıldım. İndi ordu rezervistiyəm. Hərbi qeydiyyat idarələrinin görünüşü tör-töküntülüdür, ancaq içəridəkilər çox yaxşıdırlar. Ölkəmizdə də belədir: adamlar yaxşıdırlar, amma normal ölkə qura bilmirlər”, – Sentsov yazıb.

Sentyabrın 7-dək Sentsov 20 illik həbs cızası çəkirdi. Beynəlxalq, Rusiya və Ukrayna insan haqları qrupları onun siyasi motivli ittihamlarla həbs olunduğunu bildirirdi. 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaqına qarşı çıxınca “terror aktları planlaşdırmaq” ittihamları ilə həbs olunmuşdu.

Sentsov beş ildən çox həbsdə yatıb, 2018-ci ildə 145 gün aclıq aksiyası keçirərək Rusiyadan ukraynalı siyasi məhbusların hamısını azad etməyi tələb edib.

Ötən il layiq görüldüyü düşüncə azadlığına görə Saxarov mükafatını bu il noyabrın 26-da Avropa Parlamentində qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG