Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 16:16

Erdogan Trump və Putinə 'heyrandır'


Donald Trump (öndə sağda) və Recep Tayyip Erdogan (solda), arxiv fotosu

Türkiyə Prezidenti Recep Tayyip Erdogan dekabrın 10-da deyib ki, ABŞ Prezidenti Donald Trump və rusiyalı həmkarı Vladimir Putinə heyrandır. O, Avropanın ilhamlandırıcı liderinin olmadığını bildirib.

Ankarada universitet tələbələri qarşısında çıxış edən Erdogan deyib ki, Avropada “ciddi liderlik böhranı, liderlik vakuumu” var.

Onun fikrincə, Trump ön xətdə olduğu üçün tərifə layiqdir.

“Onu xoşlayıb xoşlamadığınızdan asılı olmayaraq, Trump vacib isimdir. Onun gizli gündəmi yoxdur. O mənə şeyləri aydın və açıq şəkildə deyir və mən də ona açıq danışıram”, – Erdogan vurğulayıb.

O, Putinin də “gizli gündəmi” olmadığını, Trump-a qarşı səmimi davrandığını söyləyib.

Türkiyə prezidenti Qətər şeyxi Tamim bin Hamad Al Thani-ni də tərifləyib, onun “gənc və dinamik lider” olduğunu, yoxsul ölkələri dəstəklədiyini söyləyib.

Keçmişə ekskurs edən Erdogan Məhəmməd peyğəmbərin, müasir Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün adlarını çəkib, onları ilhamlandırıcı şəxsiyyətlər adlandırıb.

Avropa liderlərindən Almaniyanın keçmiş kansleri Gerhard Schroeder və İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi-nin adlarını qeyd edib.

XS
SM
MD
LG