Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

İranda qadın deputat ‘despotizm’i tənqid edir


Parvaneh Salahshuri
Parvaneh Salahshuri

İranda açıq fikirliliyi ilə tanınan qadın deputat deyir ki, “despotizm”, “paralel” dövlət qurumları və güc mərkəzləri ölkənin siyasi sisteminin “respublikaçı” elementini məhv edir.

Dekabrın 9-da parlamentdə çıxış edən Parvaneh Salahshuri dini isteblişmenti xalqın problemlərini həll edə bilməməkdə ittiham edib. Onun sözlərinə görə, “imtiyazlardan istifadə edən azlığı çıxmaqla, xalqın qalan hissəsini tək qoymuşuq”.

“Hakimiyyət xalqın içində olsaydı...”

“Hakimiyyət xalqın içində olsaydı, iranlıların yoxsulluq və səfalətini hiss edərdi”, – Salahshuri vurğulayıb.

İran mediasının yazdığına görə, Salahshuri-nin sözləri mühafizəkar həmkarlarını qəzəbləndirib, qışqıraraq onun mikrofonunun söndürülməsini tələb ediblər.

Ötən ay İranda yanacağın bahalanması günlərlə etiraz aksiyalarına səbəb olub.

Amnesty International hüquq-müdafiə təşkilatı etirazların yatırdılması zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir, bunun “insan həyatına biabırçı etinasızlıq” nəticəsində baş verdiyini vurğulayır. Ancaq Londonda mənzillənən bu qurum real ölü sayının qat-qat yüksək ola biləcəyini də istisna etmir.

İran rəsmiləri isə etirazlarda ölü sayı ilə bağlı hər hansı rəqəm açıqlamayıblar.

İxtisasca sosioloq olan Salahshuri əvvəllər də siyasi məhbusları azadlığa buraxmağa çağırıb, qadınların hüquqi və mədəni ayrıseçkiliyə məruz qalmasıyla bağlı məsələləri qaldırıb və bu çağırışlarına görə tənqidlə üzləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG