Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:20

Qazaxıstanda Suriya danışıqlarının 14-cü raundu keçirilir


Qazaxıstanda Suriya danışıqlarının növbəti raundu, arxiv fotosu

Dekabrın 10-da Türkiyə, İran və Rusiyanın nümayəndə heyətləri Qazaxıstan paytaxtı Nur-Sultana ikigünlük danışıq aparmağa gediblər. Jurnalistlərə açıqlamanı Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadiyarov verib.

Üçtərəfli danışıqların məqsədi Suriyada səkkiz ildir gedən vətəndaş müharibəsinin daimi həlli yollarını götür-qoy etmək, eləcə də müharibədən sonrakı konstitusiya, siyasi keçid, təhlükəsizlik və qaçqınların yenidən yerləşdirilməsi üzrə danışıqlar aparmaqdır.

Astana prosesi çərçivəsində ilk görüş 2017-ci ilin yanvarında Türkiyədə olub. Məqsəd BMT-nin sponsorluğu ilə keçirilən Cenevrə sülh danışıqlarına dəstək verməkdir.

Artıq bu proses çərçivəsində 14-cü toplantı keçirilir.

Suriya müharibəsində İran və Rusiya Prezident Bashar-al-Assad-ı, Türkiyə isə rəqib üsyançı fraksiyaları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG