Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:09

Kollecdə yanğında 12 nəfər ölüb


Hadisə yeri

Odessada kollec yanğınında ölənlərin sayı artıq 12-yə çatıb. Bu rəqəmi Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətində təsdiqləyiblər.

***

Ukraynanın cənubundakı Odessa şəhərində texniki kollecdə yanğında ölənlərin sayı 10- çatıb.

Fövqəladə xidmətin dekabrın 8-də verdiyi açıqlamaya görə, həftəsonu binanın dağıntıları altından daha beş nəfərin cəsədi tapılıb. Xəsarət alanlardan biri isə xəstəxanada keçinib.

Yanğın dekabrın 4-də Odessa İqtisadiyyat, Hüquq, Otelçilik və Restoran Biznesi Kollecinin binasında başlayıb, 4 min kvadrat metrlik ərazini əhatələyib. Yanğında 30 nəfər xəsarət almış, 9 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Baş nazir Oleksiy Honcharuk dekabrın 8-də hadisə yerinə baş çəkib. O, səkkiz nəfərin itkin düşdüyünü, hökumətin yaxınlarını itirənlərə yardım göstərəcəyini deyib.

Honcharuk Odessa regionundan bir neçə məmurun faciədən dolayı işdən çıxarıldığını deyib. Polisin məlumatına görə, yanğın qəsdən törədilə, yaxud elektrik xətlərinin yüklənməsi səbəbindən baş verə bilərdi.

Cinayət işi açılıb, təhqiqat gedir.

Prezident Volodymyr Zelenskiy dekabrın 8-ni ölkədə milli matəm günü elan edib.

XS
SM
MD
LG