Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:42

Uber cinsi təcavüzlə bağlı 3 min şikayət alıb


Mobil telefonda Uber tətbiqi

Uber taksi sifarişi şirkəti 2018-ci ildə Birləşmiş Ştatlarda cinsi təcavüz, zorlamayla bağlı 3 mindən artıq şikayət aldığını deyir. Şirkət ilk ictimai təhlükəsizlik hesabatını açıqlayıb.

Şirkətin dekabrın 5-də bildirməsinə görə, bir il öncəylə müqayisədə oxşar insidentlərin sayında 16 faiz azalma qeydə alınıb.

Uber ötən il Birləşmiş Ştatlarda 1,3 milyard taksi sifarişi xidməti göstərdiyini bildirir.

Şirkət son vaxtlar dünyanın bir çox şəhərlərində təzyiq altındadır. Məsələn, London bu yaxınlarda şirkətin sərnişin daşıma lisenziyasını ləğv edib, təhlükəsizlik məsələsini yoluna qoya bilmədiyini bildirib.

Uber isə bəyan edir ki, açıqladığı təhlükəsizlik hesabatı onun şəffaflığa sadiq qaldığını göstərir.

Ona rəqib Lyft də nizamlayıcı orqanlarının təzyiqiylə üzləşib. Belə ki, son vaxtlar həm sərnişinlər, həm də sürücülərdən şikayətlər artıb.

XS
SM
MD
LG