Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Kadırov medallarına 4,6 milyon rubl xərclənəcək


Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistan hakimiyyəti respublikanın birinci prezidenti Əhməd Kadırovun adına 20 orden və medalın alışına 4,6 milyon rubl ayırıb. Qızıl medallar bahalı daşlarla bəzədilib. Bu haqda “MBX Media” dövlət sifarişləri portalına istinadla yazır.

“Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə” adlı 10 medal 750 əyarlıq qızıldan hazırlanacaq. Medalın bir üzündə Əhməd Kadırovun şəkli həkk olunacaq, əks üzünə onun “Vətənpərvərliyi sözlərlə deyil, işlə sübut edirlər” sözləri yazılacaq.

Medal Çeçenistan bayrağı əks olunmuş qəliblə birləşəcək, qəlibin üz tərəfi 53 zümrüd, 18 brilyant və 36 yaqutla bəzədiləcək.

Kadırovun adına 10 orden isə 750 əyarlıq qızıldan hazırlanmaqla diametri 33 mm-dən az olmayan dairə formasında, çəkisi 58 qramdan az olmayacaq. Üz tərəfində Əhməd Kadırovun portreti əks olunacaq. Əks tərəfində isə “Xalqımızın oğlu”, “O, məğlubedilməz qaldı” sözləri yazılacaq.

Ordenin salındığı qəlib də qiymətli daşlarla bəzədiləcək. Ordenə salınacaq daşların sayı və adları açıqlanmır.

Təchizatçı işi bu il dekabrın 31-dək tamamlamalıdır.

Çeçenistanın ali mükafatı olan Əhməd Kadırov ordeni 2004-cü ildə təsis olunub. İndiyədək Moskvanın meri Yuri Lujkov, Rosqvardiya başçısı Viktor Zolotov, Əhməd Kadırovun oğlu, Çeçenistan başçısı Ramzan Kadırov bu mükafata layiq görülüb.

Əhməd Kadırov medalı isə 2016-cı ildən təqdim olunur. Hələlik, onu Ramzan Kadırov və anası Aymana Kadırova alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG