Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:03

ABŞ-ın sülh elçisi Kabilə gedib


Zalmay Khalilzad

Dekabrın 4-də ABŞ-ın sülh elçisi Zalmay Khalilzad Kabilə gedib.

Khalilzad Əfqanıstan Prezidenti Ashraf Ghani və digər aparıcı rəsmilərlə görüşüb, daha sonra Qətərin paytaxtı Dohaya yollanıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, Dohada Taliban silahlı qruplaşması ilə danışıqlar başlamalıdır. Məqsəd 18 ildir davam edən Əfqanıstan münaqişəsinin həllinə nail olmaqdır.

Sentyabrda Prezident Donald Trump danışıqları qəfil dayandırdı. Buna Kabildə 12 nəfərin, o cümlədən bir ABŞ əsgərinin öldürülməsi səbəb olmuşdu.

Ghani Khalilzad ilə görüşündə atəşkəs çağırışını bir daha dilə gətirib.

Adının çəkilməməsi şərtilə danışan Taliban rəsmisi isə deyib ki, qruplaşma amerikalılar ilə qeyri-rəsmi danışıqlar aparıb. O, danışıqların harda baş tutduğunu, kimlərin qatıldığını söyləməyib.

Bir neçə gün qabaq Trump Şükranlıq bayramında Əfqanıstandakı ABŞ əsgərlərinə baş çəkib. O, həmin səfər zamanı Talibanla sülh danışıqlarının bərpasını mümkün adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG