Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

Rohani ‘günahsızlar’ı buraxmağa çağırır


Hassan Rohani
Hassan Rohani

İran Prezidenti Hassan Rohani son nümayişlərdə saxlanmış, silahsız şəkildə sadəcə etirazını bildirən nümayişçiləri azad etməyə çağırıb. Yanacağın bahalanmasına etiraz nümayişlərində minlərlə adamın saxlandığı bildirilir.

“Dini və islami mərhəmət göstərilməli, yanacağın bahalanmasına etiraz edənlər, silahsız olanlar azadlığa buraxılmalıdır”, – Rohani dekabrın 4-də televiziyayla çıxışında deyib.

Noyabrın 15-də hökumətin yanacağı 200 faizədək bahalandırması etirazçıların küçələrə çıxmasına səbəb olub. Ancaq təhlükəsizlik qüvvələri etirazları dərhal yatırdıb, təxminən bir həftə ölkədə internet məhdudlaşdırılıb.

“Amnesty International” hüquq-müdafiə təşkilatı etirazlara divan tutulması nəticəsində azı 208 nəfərin öldürüldüyünü, bu rəqəmin “təhlükəsizlik qüvvələrinin yol verdiyi dəhşətli qətl seriyasına dəlalət etdiyini” bildirib.

İran ədliyyəsinin sözçüsü Gholamhossein Esmaili isə dekabrın 3-də yüksək ölü sayı göstərən rəqəmləri təkzib edib, “büsbütün yalan” adlandırıb.

Rohani dekabrın 3-də etirazlar zamanı şəxsi və əmlak ziyanı görmüş vətəndaşlara mümkün kompensasiyanı araşdırmaq göstərişi verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG