Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Qızılgül inqilabı 2.0 – Qərb mediası


Gürcüstanda etirazçı saxlanır, 29 noyabr, 2019-cu il
Gürcüstanda etirazçı saxlanır, 29 noyabr, 2019-cu il

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası gələn ildən proporsional seçki sisteminə yol aça biləcək konstitusiya düzəlişini qəbul etmədi. Ölkənin strateji tərəfdaşları, eləcə də yerli siyasətçilər ümid edirdilər ki, bu dəyişiklik ikipartiyalı sistem ənənəsinə son qoyar, yerli siyasi qrupların koalisiya hökuməti formalaşdırmasına yol açardı. “New Eastern Europe” portalında Archil Sikharulidze yazır ki, təşəbbüs hakim partiya daxilindəki fikir ayrılıqları səbəbindən keçmədi və əhali yalnız 2024-cü ildə parlamentin tərkibini yeni model üzrə seçəcək.

Dəyişiklik parlamentdə keçməyincə paytaxt Tbilisidə minlərlə etirazçı küçələrə çıxdı, təhlükəsizlik əməkdaşları onları dağıtmaq üçün su şırnaqlarından istifadə etdi.

Bidzina Ivanishvili-yə qarşı savaş

Müəllif yazır ki, Gürcüstan siyasətçiləri, vətəndaş cəmiyyəti təmsilçiləri parlamentin hərəkətini dövlətin zəbtinə cəhd adlandırıb. Birləşmiş müxalifət ultimatum verərək “Gürcü Arzusu”nun istefasını tələb edib. Məqalədə bu proses 2003-cü il hadisələri ilə müqayisə olunur. O zamankı prezident Eduard Shevardnadze istefa verəndən sonra Qızıl İnqilabı dinc yolla demokratik keçidi ələ aldı.

“Bəziləri artıq 2-ci Qızılgül İnqilabından danışır, bunu oliqarx Bidzina Ivanishvili-yə qarşı savaş, ölkəni rusiyapərəst korrupsioner hökumətdən azad etmək cəhdi hesab edir. Digər tərəfdən, bu inqilabi ruhun, yaxud proporsional sistemin ölkədə sabitliyə və demokratik inkişafa töhfə verəcəyinə dair ciddi şübhələr var”, – məqalədə vurğulanır.

Müəllif yazır ki, birləşmiş müxalifətin təklif etdiyi, vətəndaş cəmiyyətinin böyük hissəsinin dəstəklədiyi inqilab ssenarisi uğurlu olsa, Gürcüstanın siyasi mədəniyyətini keçmişə qaytaracaq.

“Oyunun əsas qaydaları pozulacaq və küçələr yenidən dialoq platformasına çevriləcək. Ölkə yəqin ki, bunun ağır fəsadları ilə üzləşəcək, buraya regionda bütövlükdə sabitliyin pozulması da daxildir. Həm hökumət, həm də müxalifətin, Gürcüstanın strateji tərəfdaşlarının dəstəyi ilə, ölkəni rejim dəyişikliyinin yeganə modeli kimi qalmalı olan ədalətli və şəffaf seçkilərə aparması vacibdir”, – müəllif yazır.

XS
SM
MD
LG