Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:25

Külək Bakıda fəsadlar törədib


Foto arxiv

Dekabrın 2-dən əsən külək nəticəsində paytaxtda 20-yə qədər ağac zərər görüb.

Bunu Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. «10-a qədər ağac kökündən qopub, daha 10-a qədər ağac isə küləyin təsirindən əyilib, bəziləri isə aşmaq həddinə çatıb. İki ağac isə iki avtomobilin üzərinə aşaraq onları əzib», - şöbə rəisi qeyd edib.

O.Məmmədovun deməsinə görə, ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi rayonlarında daha çox müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 2-də Bakıda şimal küləyi əsib. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s-dək güclənib. Hazırda külək azalıb.

Multimedia

XS
SM
MD
LG