Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 05:17

Avtobus qəzasında azı 7 nəfər ölüb


Hadisə yaxınlığı

Dekabrın 3-də Qazaxıstanın cənubunda Qızılorda regionunda buz bağlamış magistral yolda avtobus aşıb, azı 7 sərnişinin həlak olduğu xəbər verilir.

Avtobusda 35-50 sərnişin olub. 25 nəfərin xəsarət aldığı xəbər verilir.

Sərnişinlərin vətəndaşlığı barədə informasiya yoxdur.

Hadisə yerində xilasedicilər işləyir. Yol-hərəkət qaydalarının pozulması üzrə cinayət işi açılıb.

AB-nin data agentliyi olan Avrostatın məlumatına görə, Qazaxıstan dünyada yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ilk beşlikdə yer alır.

Qəzaların əsas səbəbləri kimi nəqliyyat qaydalarının pozulması, yolların keyfiyyəti göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG