Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 05:21

Lionel Messi 6-cı dəfə “Qızıl top” qazandı


Lionel Messi və Megan Rapinoe

Dekabrın 2-də Lionel Messi Parisdə keçirilən mərasimdə 6-cı dəfə “Qızıl top” sahibi olub.

32 yaşlı argentinalı hücumçu bu il 59 oyunda 46 qol vurub. O, ölkəsinin yığması və Barselona futbol klubunda oynayır.

Messi daha öncə 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə bu nüfuzlu mükafata layiq görülüb. Köhnə rəqibi Cristiano Ronaldo isə “Qızıl top”u 5 dəfə alıb.

Birləşmiş Ştatların futbol ulduzu Megan Rapinoe Qadınların “Qızıl Top”una layiq görülüb. Onun komandası bu il Fransada Dünya Kubokunda çempion adını qoruyub saxlaya bilib.

Bu mükafat ikinci dəfədir təqdim olunur və 48 jurnalistdən ibarət jüri Rapinoe-yə səs verib.

2019-cu ilin Dünya Kubokunda Rapinoe altı qol vurduğuna görə “Qızıl butsa” mükafatına da layiq görülmüşdü.

O, qələbədən sonra komandasına kişi həmkarları ilə eyni məbləğdə maaş verməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG