Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:32

Üztanıma mobil telefonlara da yetişdi


Üztanıma sistemi
Üztanıma sistemi

Dünən – dekabrın 1-dən Çində yeni qaydalar qüvvəyə minib. Ölkənin telekommunikasiya şirkətləri yeni mobil telefon xidmətlərini qeydiyyatdan keçirənlərin üzlərini “skan” edəcək. Hökumət bu addımı dələduzluğun qarşını almaqdan ötrü atdığını bildirir.

İlk olaraq sentyabrda açıqlanan qaydalar milyonlarla adamın üztanıma texnologiyasının əhatə dairəsinə düşməsi deməkdir.

Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Çində telekommunikasiya provayderlərini bu xidmətlərlə hansı şirkətlərin təmin edəcəyini açıqlamayıb. “Reuters” Çinin dünyada üztanıma proqramları üzrə liderlər olan Megvii və SenseTime şirkətlərinin vətəni olmasına diqqət çəkir.

Operatorlar yeni mobil telefon hesabları açanların kimliyini müəyyənləşdirməkdən ötrü üztanıma texnologiyası və digər vasitələrdən istifadə etməlidir. Çinin üç ən böyük telekommunikasiya operatoru dövlətə məxsus China Telecom, China Unicom və China Mobile şirkətləridir. Bu yeni qanunun mövcud mobil hesablara necə təsir göstərəcəyi bəlli deyil.

Çində üztanımadan geniş istifadə olunur

“Reuters” Çində supermarketlərdə, metro sistemlərində, aeroportlarda üztanıma texnologiyasından artıq istifadə olunduğunu yazır. Alibaba (BABA.N) müştərilərinə şərait yaradır ki, Hema supermarketlər zəncirində üzlərini göstərməklə ödəniş etsinlər. Şirkətin baş ofisi yerləşən Hançjou şəhərində işlətdiyi oteldə qonaqlar öncədə qeydiyyatdan keçməkdən ötrü smartfonları ilə üzlərini “skan” edə bilərlər.

Çinin böyük şəhərlərindən bəzilərində metro sistemləri bu texnologiyanı tətbiq edəcəklərini bildiriblər. “China Daily” dövlət qəzeti yazıb ki, Pekin bu metodla “sərnişinləri qruplaşdıracaq” və bu da “müxtəlif təhlükəsizlik yoxlama tədbirləri” həyata keçirməyə imkan verəcək.

“Xinhua” xəbər agentliyi iyulda yazırdı ki, Pekin 59 ictimai kirayə icmasının girişində üztanıma sistemləri quraşdırıb, yaxud prosesə başlayıb.

“Reuters” ötən il ölkənin qərbindəki Sintzyan (Sincan) regionunda bu sistemdən geniş istifadə olunmasından söz açırdı. Həmin regionda yaşayan əsasən uyğur müsəlmanlar düşərgələrdə saxlanır. Çin bu düşərgələrdə onlara təlim keçildiyini, maarifləndirmə işi aparıldığını bildirir.

Çin polisinin üztanıma sistemi quraşdırılmış eynəklərdən də istifadə etdiyi barədə məlumatlar var.

Agentlik yazır ki, bu nəzarət texnologiyalarına ictimaiyyət elə də böyük dirəniş göstərməyib. Weibo kimi sosial media platformalarından isə əsasən anonim debatlar aparılır.

Bəzi istifadəçilərin fikrincə, bu, dələduzluq, məsələn, xuliqan zənglərlə mübarizə üçün vacibdir. Amma şəxsi informasiya, gizlilik, etik qaydalara təsirindən narahatlıq ifadə edənlər də var.

Bir universitet müəllimi isə Hançjouda zooparka qarşı iddia qaldırmışdı. Buna parkın barmaq izini götürən sistemini üztanıma texnologiyası ilə əvəzləməsi səbəb olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG