Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Nəcəfdəki İran konsulluğunu yenə yandırıblar


Nəcəfdəki İran konsulluğu, 28 noyabr, 2019-cu il

İranın cənubunda əsasən şiələrin yaşadığı Nəcəf şəhərindəki İran konsulluğuna od vurulub. Polis bunu hökumətə qarşı çıxan etirazçıların etdiyini deyir. Konsulluq ötən həftə iki belə hücuma məruz qalıb.

Hadisə dekabrın 1-də baş verib.

Minlərlə iraqlı Bağdadda, cənubda əsasən şiələrin yaşadığı ərazilərdə küçələrə çıxaraq iş yerləri açılmasını, korrupsiyanın kökünün kəsilməsini, dövlət xidmətlərinin təkmilləşdirilməsini tələb edirlər.

İraq parlamenti dekabrın 1-də Baş nazir Adel Abdel Mahdi hökumətinin istefasını təsdiqləyib.

Ölkədə iki aydır davam edən etirazlarda 400-dən çox öldürülən olub.

İraqlıların çoxu İranı Mahdi hökumətinin tərəfdarı hesab edir. Noyabrın 27-də Nəcəfdəki konsulluğu yandıran kütlə “İran İraqdan rədd olsun” şüarını səsləndirirdilər.Konsulluq əməkdaşları hücumdan qabaq binadan çıxa biliblər.

Noyabrın əvvəlində Kərbəladakı İran konsulluğu da etirazçıların hücumuna məruz qalıb.

İraqın Xarici İşlər Nazirliyi İranın diplomatik binalarına öncəki hücumları “İraqla İranın tarixi münasibətlərinə zərbə vurmaq məqsədi güddüyünü” bildirib.

İranın Xarici İşlər Nazirliyi isə Bağdadı konsulluğu qoruya bilməməkdə ittiham edib, “təcavüzkarlar”a qarşı qətiyyətli addım tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG