Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Neft Fonduna yeni rəhbər təyin olunub


İ.Əliyev İ.Məmmədovu qəbul edir

Noyabrın 29-da prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.

Noyabrın 29-da dövlət başçısı İ.Məmmədovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul da edib.

«Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Siz 10 ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız», - AZƏRTAC-ın xəbərinə görə, prezident ona deyib.

Ş.Mövsümov 2006-cı ildən Neft Fonduna rəhbərlik edirdi.

Xatırlatma

Neft Fondu 1999-cu ildə yaradılıb. 2001-ci ildən Fonda neft və qaz gəlirlərindən 150 milyard dollara yaxın vəsait daxil olub. Son məlumatlarda həmin vəsaitdən Fondda 42 milyard 524.4 milyon ABŞ dolları qaldığı açıqlanıb. Vəsaitlərin bir hissəsinin büdcəyə transfert edildiyi, yerli və beynəlxalq əhəmiyyətli layihələrə xərcləndiyi açıqlanıb.

Müxalifət hesab edir ki, Azərbaycanda neft pullarından səmərəli istifadə edilməyib, onun böyük bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər isə belə fikirləri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG