Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:43

Belarus da plastik qabları qadağan edir


Arxiv fotosu
Arxiv fotosu

2021-ci il yanvarın 1-dən Belarusda ictimai yemək yerlərində plastik qablardan istifadə qadağan olunacaq: hökumətin noyabrın 27-də verdiyi sərəncamda bu tədbirlər yer alıb.

Antiinhisar və ticarət nazirliyi hansı növ birdəfəlik qabların qadağan olunacağını yaxın gələcəkdə müəyyənləşdirəcək. Sərəncamda qadağanın “təkrar istifadə üçün nəzərdə tutulmayan” qabları əhatələdiyi vurğulanır.

Eyni zamanda plastik qablaşdırma və qabların utiliziyasiyası üçün ödəniş 2 dəfə artırılıb – bir ton üçün180 Belarus rublundan 360 rubla çatdırılıb.

Ətraf mühiti çirkləndirən, sonadək emal olunmayan plastikə alternativ kimi kağızdan boşqab və ləvazimatlardan istifadə tövsiyə olunur.

Belarus hökuməti bundan öncə bəyan etmişdi ki, ekoloji qablaşdırmaya keçidi sürətləndirmək üçün “maliyyə stimullarını” nəzərdən keçirməyə hazırdır.

2021-ci ildən Avropa Birliyi ölkələrində birdəfəlik plastik qablara, plastik paketlərə, pambıqlı çöplərə, plastik çöplərə tam qadağa qüvvəyə minir. Artıq Kaliforniyada belə bir qadağa mövcuddur, restoranlarda içkilərin plastik çöplərlə verilməsi yasaqlanıb.

Bu təşəbbüslərin müəllifləri deyirlər ki, hətta plastik zibil emalı texnologiyasının inkişaf etdiyi AB ölkələrində belə plastik tullantılar yalnız 25 faizi emal olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG