Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:38

İraqın baş naziri istefa verəcəyini deyir


Adil Abdel Mahdi
Adil Abdel Mahdi

Artıq iki aydır ki, davam edən və indiyədək 400 insanın həyatına son qoymuş antihökumət etirazlarının əsnasında İraqın baş naziri Adil Abdel Mahdi istefa verəcəyini bildirib.

Mahdi noyabrın 29-da verdiyi bəyanatda bildirib ki, o tezliklə istefa ərizəsini parlamentə təqdim edəcək.

Bunun ardınca millət vəkilləri yeni hökuməti və yeni baş naziri seçəcəklər.

77 yaşlı Abdel-Mahdi baş nazir vəzifəsinə bir il idi ki, gəlmişdi.

Bəyanatda istefanın dəqiq vaxtı bildirlməyib.

Ali Sistani etirazçılara qarşı gücdən istifadəni pisləyir

İraqın baş şiə ruhanisi Böyük Ayətulla Ali Sistani hökumətə etiraza çıxan nümayişçilərə qarşı öldürücü gücdən istifadəni pisləyib, eyni zamanda nümayişçiləri zorakılıq və vandalizmdən çəkinməyə çağırıb.

Ali Sistani (solda), Prezident Hassan Rouhani (ortada) və Xarici işlər naziri Mohammad Javad Zarif (sağda) Nəcəfdə görüşür, arxiv fotosu
Ali Sistani (solda), Prezident Hassan Rouhani (ortada) və Xarici işlər naziri Mohammad Javad Zarif (sağda) Nəcəfdə görüşür, arxiv fotosu

Sistani parlamenti indiki hökumətə dəstəyi kəsməyə çağırıb.

Oktyabrın əvvəlindən başlanmış etirazlarda azı 350 nəfər öldürülüb, minlərlə adam yaralanıb.

“İndiki hökumətin təşkil olunduğu parlamentdən xahiş edilir ki, bu məsələdə seçimini bir də nəzərdən keçirsin və övladlarının qanını qorumaqdan ötrü İraq xalqının marağına uyğun hərəkət etsin...”, – noyabrın 29-da müqəddəs Kərbəla şəhərində cümə moizəsində Sistani-nin təmsilçisi onun dediklərini səsləndirib.

Bir gündə 33 nəfər öldürülüb

İraqlılar paytaxt Bağdadda və ölkənin əsasən şiə çoxluğun yaşadığı cənub hissəsində küçələrə çıxaraq iş yerləri, korrupsiyanın kökünü kəsməyi, dövlət xidmətlərini yaxşılaşdırmağı tələb edirlər.

Noyabrın 29-da İraqın cənubunda minlərlə etirazçı yenidən nümayişə çıxıb. Bir gün öncəki yürüşlərdə azı 33 nəfər öldürülüb.

Noyabrın 28-də cənubdakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələri etirazçıların tutduğu iki körpünü təmizləmək üçün gözyaşardıcı qaza və silaha əl atıb, azı 25 nəfər öldürülüb. Nümayişçilər polis məntəqəsinə od vurub. Məlumatı tibb işçiləri və təhlükəsizlik mənbələri yayıb.

Bağdadın Əhrar Körpüsündə də silahdan istifadə olunduğu xəbərləri gəlir. Etirazçılar bu körpünü keçərək parlamentin və hökumət binalarının yerləşdiyi Yaşıl Zonaya getməyə çalışıblar. Toqquşmalarda 4 nəfərin öldürüldüyü xəbər verilir.

Daha dörd nəfər isə cənubdakı Nəcəf şəhərində qətlə yetirilib.

İraq ordusunun noyabrın 28-də bildirməsinə görə, “təhlükəsizlik və asayişin bərpası” üçün bir neçə vilayətdə “operativ qərargahlar” yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG