Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:39

Keçmiş nazir 101 yaşında vəfat edib


Yasuhiro Nakasone 1983-cü ildə

Yaponiyanın keçmiş baş naziri Yasuhiro Nakasone noyabrın 28-də 101 yaşında vəfat edib. O, vaxtilə Sovet İttifaqına qarşı Birləşmiş Ştatlarla güclü hərbi alyans tərəfdarı kimi çıxış edirdi.

Nakasone 1982-1987-ci illərdə baş nazir olub. Vəzifədə olduğu müddətdə ABŞ Prezidenti Ronald Reagan və Britaniyanın Baş naziri Margaret Thatcher ilə sıx münasibətlər yaradıb.

Ancaq o, Yaponiyanın beynəlxalq məsələlərdə daha önəmli rol oynamasından ötrü ölkənin müharibədən sonrakı dövrə aid pasifist konstitusiyasına dəyişiklik edə bilməyib.

1982-ci ildə andiçmə çıxışında Nakasone deyirdi ki, Yaponiyanın xarici siyasətinin təməlini “Avropa və Birləşmiş Ştatların rəhbərlik etdiyi azad dünyanın üzvü”nə çevrilmək təşkil edir. O, Birləşmiş Ştatları “Yaponiyanın ən vacib tərəfdaşı” adlandırıb.

Onun adı xidmətə görə səhm mexanizmini əhatələyən böyük siyasi qalmaqalda çəkilincə nüfuzuna böyük zərbə dəydi.

Qalmaqal ucbatından 1989-cu ildə Liberal Demokratik Partiyadan çıxan Nakasone iki ildən sonra baş məsləhətçi kimi partiyaya qayıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG