Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

Əfqanıstanın şimalında azı 22 nəfər öldürülüb


Arxiv fotosu

Əfqanıstanın şimalında son 24 saat ərzində iki ayrı-ayrı insidentdə azı 22 nəfər öldürülüb. Onlardan 15-i dinc sakinlərdir.

Kunduz vilayətində səkkizi uşaq olmaqla 15 nəfər öldürülüb, iki nəfər yaralanıb. Onlar toya gedirmişlər.

Rəsmilər Talibanın yol qırağına mina qoyduğunu deyir, silahlı qruplaşma isə buna münasibət bildirməyib.

Sentyabrın əvvəlində Taliban vilayət paytaxtı Kunduzu ələ keçirməyə çalışsa da, buna nail olmamışdı.

Taxar vilayətində isə azı 7 təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər yaralanıb.

Ötən ay BMT-nin Əfqanıstandakı Missiyası (UNAMA) bildirib ki, bu ilin ilk doqquz ayı ərzində “dinc sakinlərə qarşı zorakılığın görünməmiş həddə çatmasından dərin narahatlıq keçirir”.

UNAMA yanvardan sentyabradək 2 min 563 nəfərin öldüyünü, 5 min 676 nəfərin yaralandığını qeydə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG