Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:47

Avtobus qəzasında azı 27 rusiyalı xəsarət alıb


Arxiv fotosu

Noyabrın 26-da Dominikan Respublikasının şərqində avtobus qəzasında çoxu rusiyalı olmaqla azı 27 turist xəsarət alıb.

Rusiyanın Venesueladakı səfirliyinin məlumatına görə, avtobusdakı 41 sərnişindən 39-u rusiyalı olub.

Hazırda ölkə xəstəxanalarında azı 27 rusiyalı müalicə alır, Anex Tour səyahət agentliyindən Rusiyanın TASS agentliyinə deyiblər.

Yerli “Listin Diario” qəzeti azı 15 rusiyalının kritik durumda olduğunu yazır.

Avtobus aeroporta gedərkən yük maşını ilə toqquşub və çevrilib.

YouTube sosial şəbəkəsində yayılmış videoda avtobusun magistral yolda sürücü tərəfə çevrildiyi görünür.

Rəsmilər bəzi sərnişinlərin saatlarla içəridə qaldığını, ətraflarını itirdiyini bildirib. Bunu “The Associated Press” xəbər verir.

Xəsarət alanlar içində səkkiz uşaq da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG