Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:20

Avropa Komissiyası yeni tərkibdə təsdiqləndi


Ursula von der Leyen

Noyabrın 27-də Avropa Parlamenti Ursula Von der Leyenin başçılıq etdiyi Avropa Komissiyasının tərkibini təsdiqləyib. Dekabrın 1-dən AB-nin bu icraedici qurumu beşillik fəaliyyətə başlayır.

Deputatlar yeni tərkibə 461-157 səs çoxluğu ilə səs veriblər.

Von der Leyen Almaniyanın keçmiş müdafiə naziridir. Onu bu vəzifəyə iyunda AB-nin dövlət və hökumət başçıları seçiblər. O, Avropa Komissiyasının ilk qadın başçısıdır. Qurumun 27 üzvünsən 12-si qadındır və bu, ilk belə yüksək göstəricidir.

***

Bir ayadək çəkən yubanmadan sonra – noyabrın 27-də 751 yerlik Avropa Parlamenti icraedici Avropa Komissiyasının tərkibini seçəcək. Komissiyanın yeni rəhbəri Almaniyadan mühafizəkar Ursula von der Leyendir.

Onun həmişəkindən daha çox qadının yer aldığı komandasını təsdiqləməyə deputatların sadə səs çoxluğu kifayət edəcək. AB-nin 27 üzvlük komissiyası beş illiyə seçilir.

Komissiyanın yeni prezidenti noyabrın 1-də and içməliydi, ancaq üç namizədlə bağlı fikir ayrılığı bunun ertələnməsinə səbəb oldu.

AB-nin hər bir üzvü komissiyada bir komissarla təmsil olunur.

Britaniya təmsilçi verməkdən imtina edib, çünki birlikdən çıxmağı planlaşdırır.

Komissiyanın tərkibi təsdiqlənərsə, 61 yaşlı Von der Leyen dekabrın 1-dən fəaliyyətə başlayacaq. Onun qarşısında iqlim dəyişikliyi, iqtisadi islahat, enerji kimi problemlər dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG