Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:27

İran sərhədindən ölüm xəbəri gəlib


Sərhəd

Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin ( DSX) Sərhəd Qoşunlarının «Horadiz» sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı zastavasında silahlı insident baş verib.

Bu barədə bu gün, noyabrın 25-də DSX məlumat yayıb.

Məlumatda qeyd edilib ki, xidməti ərazidə 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub: «Sərhəd zastavası «Silaha» komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən «Dayan» əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb...».

DSK-nın məlumatında yazılıb ki, sərhəd naryadı «Dövlət sərhədi haqqında» Azərbaycan Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edib və sərhəd pozucularından biri zərərsizləşdirilib: «Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb. Hadisə yerində 1 ədəd polietilen bağlamada 2595 qram marixuana və narkotik vasitə, 1 «Samsung» markalı mobil telefon, 1 bıçaq, 2 ədəd 7.62 mm çaplı patron gilizləri aşkar olunub».

Məlumata görə, İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilib: «Aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İİR vətəndaşı olması müəyyən edilib».

Bu açıqlamaya, hələlik, İİR rəsmilərindən və ya öldürülən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG