Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:45

Azərbaycan firavanlıq indeksində irəliləyib


Bakı bulvarı, arxiv fotosu
Bakı bulvarı, arxiv fotosu

Dünyada firavanlıq ən yüksək həddə çatıb. On il öncəyə baxanda 167 ölkənin 148-də daha yüksək firavanlıq göstəriciləri əldə olunub. Noyabrın 25-də Leqatum Rifah İndeksi açıqlanıb.

Bu irəliləyiş bütün dünyada daha açıq iqtisadiyyatlar, daha yaxşı səhiyyə, təhsil və həyat şəraiti ilə izah olunur. Eyni zamanda şəxsi azadlıqların zəifləməsinin, idarəçiliyin pisləşməsinin firavanlığın daha da möhkəmlənməsini önlədiyi qeyd edilir.

Azərbaycan irəliləyir

Azərbaycan 167 ölkə içində 92-ci yerdədir. Ötən illə müqayisədə mövqeyi yaxşılaşıb. 2018-ci ilin indeksində Azərbaycan 99-cu pillədə qərarlaşmışdı.

Qonşulardan Gürcüstan 53, Ermənistan 61, Rusiya 74, İran 119-cudur.

İlk beşlikdə Danimarka, Norveç, İsveçrə, İsveç və Finlandiya yer alıb.

Son beşliyi isə (163-167-ci yerlər) Əfqanıstan, Çad, Mərkəzi Afrika Respublikası, Yəmən və Cənubi Sudan tutub.

Leqatum İnstitutu son on ildə dünya iqtisadiyyatlarının daha açıq olduğunu vurğulayır. Dünya regionlarının hamısında yaxşılaşma qeydə alınıb, ən böyük dəyişiklik isə Asiya-Sakit Okean regionunda baş verib.

“Dünyada bazara çıxış və infrastruktur yaxşılaşıb, internetdən istifadə iki dəfədən çox artıb, internetə bağlantı 2009-cu il səviyyəsindən altı dəfəyədək yüksəlib. Dünyada sahibkarlıq şərtləri də möhkəmlənib, bizneslə bağlı administrativ prosedurlar, özəlliklə vergi ödənişləri və biznes başlatmaq son 10 ildə sadələşib. 2009-cu ildən 2014-cü ilədək pisləşmiş qlobal investisiya mühiti son beş ildə yaxşılaşıb, əmlak hüquqları, investorların qorunması, kontraktların qüvvəyə minməsi möhkəmlənib. Ancaq qlobal səviyyədə iqtisadi keyfiyyət çox cüzi yaxşılaşıb”, – qurum bildirir.

Bununla yanaşı son 10 ildə dünyada idarəçiliyin zəiflədiyi, şəxsi azadlıqların pisləşdiyi vurğulanır. Özəlliklə danışmaq, toplaşmaq, birləşmək azadlığı sahəsində geriləmə qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG